"Real Madrid"in müdafiəçisi David Alaba martın 20-də "Barselona"ya qarşı keçirəcəkləri oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, AS ulduz müdafiəçinin söylədiklərini belə çatdırıb:
"Real" - "Barselona" görüşü xüsusi matçdır. Bu oyunu hamı maraqla gözləyir. Hazırda yaxşı formadayıq, nəticələrimiz əladır. Qələbə qazanmaq üçün bir neçə nüansa xüsusi diqqət ayırmalıyıq. Bu məqamlar barədə öz aramızda danışmışıq".
"Real" - "Barselona" oyunu martın 20-də, "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Nihat