Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Estoniya və Belarus yığmalarına qarşı keçirəcəyi Avropa çempionatının seçmə matçları üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Milan Obradoviç qarşıdakı görüşlərə 24 oyunçu dəvət edib.
Qeyd edək ki, Azərbaycan millisi Estoniya ilə martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da, Belarusla martın 29-da “Bakcell Arena”da qarşılaşacaq.
1. Amin Ramazanov (Qarabağ)
2. Rüstəm Samiqullin (Sabah)
3. Əkpər Vəliyev (Keşlə)
4. Rauf Hüseynli (Qarabağ)
5. Arsen Ağcabəyov (Sabah)
6. Cəlal Hüseynov (Zirə)
7. Mert Çelik (Neftçi)
8. Zamiq Əliyev (Qarabağ)
9. Samet Karakoç (Qəbələ)
10. Nihad Quliyev (Qarabağ)
11. Ceyhun Nuriyev (Sabah)
12. Səbuhi Abdullazadə (Sumqayıt)
13. Asim Əlizadə ("Dauqavpils", Latviya)
14. Şakir Seyidov (Sabah)
15. Pərviz Azadov (Keşlə)
16. İsmayıl Zülfüqarlı (Neftçi)
17. Elvin Cəfərquliyev (Qarabağ)
18. Emil Səfərov (Qəbələ)
19. Rüfət Abdullazadə (Sumqayıt)
20. Ədilxan Qarəhmədov (Səbail)
21. İldar Ələkbərov (Sabah)
22. Abdulla Xaybulayev (Sabah)
23. Kamran Quliyev (Sabah)
24. Musa Qurbanlı (Qarabağ)