Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az komitənin qərarlarını təqdim edir:
Premyer Liqanın XIX turunun “Səbail” – “Keşlə” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
XIX turun “Qəbələ” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
I Divizionun XVIII turunun “Qəbələ-2” – “Səbail-2” oyununda təcili tibbi yardım maşını oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);
“Qəbələ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
“Səbail-2” komandasının futbolçusu Elşad Tağıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 36.2);
“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
XVIII turun “Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
“Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
XVIII turun “Zaqatala” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).