"Everton"un baş məşqçisi Frenk Lempard "Nyukasl"la oyunda (1:0) qələbə qolunu qeyd edərkən qolunu sındırıb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis Aleks İvobinin 99-cu dəqiqəyə təsadüf edən qoluna çılğınlıqla sevinərkən özünə xəsarət yetirib.
Frank Lampard is BUZZING!
— Amazon Prime Video Sport (@primevideosport) March 17, 2022
He knows how important that goal could be! 🔵#EVENEW #PLonPrime pic.twitter.com/qiXEqHQVDs
O, bu haqda oyunsonrası mətbuat konfransında belə deyib: "Sevinərkən qolumu sındırdım. Çox ağrıyır, qolumu tərpədə bilmirəm. Amma hazırda buna əhəmiyyət vermirəm".
Bu qələbə sayəsində "Everton" Premyer Liqada düşmə zonasından xilas olmağı bacarıb. Lempardın komandası 17-ci yerdə qalsa da, 18-ci olan "Uotford"dan üç, 19-cu olan "Burnley"dən dörd xal irəlidədir.
Mirağa