Region Liqasında Qubanı təmsil edən "Şahdağ" komandası yarışdan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
"Şahdağ" mövsüm ərzində üçüncü dəfə çempionat oyununa gəlməməsi səbəbindən reqlamentə uyğun olaraq, uzaqlaşdırılıb.
Quba təmsilçisi Region Liqası oyunlarının yarısını keçirdiyi üçün qrupdakı meydana çıxmadığı son üç görüşə görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Belədə, "Cəbrayıl" qrup qalibi kimi pley-offa birbaşa vəsiqə qazanıb, ikinci yerin sahibi isə A qrupunda uyğun yeri tutan "Davam"la əlavə oyunda gücünü sınayıb. "Qusar" təmsilçisi bu görüşdə qalib gələrək pley-offa yüksəlib.