Futbol üzrə Türkiyə 1-ci liqasında 29-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “İstanbulspor”la 1:1 hesablı heç-heçəyə razılaşıb.
Vüsalın adı matçın iştirak ərizəsinə salınmayıb.
29 tura 34 xal toplayan “Keçiörengücü” turnir cədvəlində 19 kollektiv arasında 12-ci pillədə mövqe tutub.
Nihat