Almaniya Bundesliqasının “Bohum” – “Borussiya Mönhenqladbax" matçı yarımçıq dayandırılıb.
Fanat.Az xəbər verir ki, buna azarkeşlərdən birinin 71-ci dəqiqədə tribunadan atdığı pivə qabı ilə hakimi yaralaması səbəb olub.
Here’s the end of the Bochum Gladbach game which was abandoned when the assistant was hit by a beer cup: pic.twitter.com/wwksUVu3X3
— Ronan Murphy (@swearimnotpaul) March 18, 2022
Oyun dayandırılarkən qonaqlar hesabda 2:0 öndə olub. "Bohum" klubu sosial şəbəkə hesablarında azarkeşlərin bu cür davranışından məyus olduğunu bildirib: "71-ci dəqiqədə məsuliyyətsiz bir azarkeşin günahı ucbatından oyun yarımçıq qaldı. Azarkeş meydançaya doğru nəsə atıb köməkçi hakimi vurdu. Matç dayandırıldı. İnanılmaz məsuliyyətsiz bir davranışdır. Stadionlarda bu cür davranışlara yer yoxdur".
Qeyd edək ki, "Bohum"da 2020-ci ildən sonra ilk dəfə stadionun tam tutumuna, yəni 25 minə icazə verilib.