"Zirə"nin baş məşqisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 0:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bu oyuna ümidlə hazırlaşmışdıq. Bəzən "Neftçi" və "Qarabağ" kimi komandaya qarşı müdafiəyə meyilli oynamağa çalışırsan. Amma bu gün öz oyunumuzu sərgiləməyə başladıq və çox dəyişiklik etmədik.
Penaltidən sonra hər şey həll edildi. "Qarabağ" kimi komandaya qarşı 0:2 hesabı ilə geridəsənsə, qarşılaşmanı çevirmək çətin olur. Hər oyunda qalib gəlmək mümkün deyil. Bir az şansın da olmalıdır. Rəqib böyük istəklə və motivasiya ilə oynayırdı. Bu gün ilk saniyədən sonadək eyni tempdə davam etdilər.
Penalti epizodunadək rəqib böyük üstünlüklə oynayırdı. 0:1 təhlükəli hesab deyil. Penaltiyə gəldikdə isə bu, penalti idisə, Qəbələdəki nə idi? Təmkin Xəlilzadənin qolu oyundan kənar vəziyyət idi? Hakimlikdən danışıb rəqibin uğuruna kölgə salmaq istəmirəm".