“Yuventus”un sabiq futbolçusu Fabio Kannavaro Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqrinin klubun A Seriyasında çempionluq uğrunda mübarizə aparmadığı ilə bağlı sözlərinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "İl Mattimo" 48 yaşlı mütəxəssisin dediklərini belə çatdırır:
"Massimiliano yalançıdır. Çünki titul uğrunda mübarizəyə inanmadığını deyəndə yalan danışır. O, bunu nə qədər çox desə, "Yuventus"un çempionluq qazanacağına inam bir o qədər güclənəcək"
Qeyd edək ki, 59 xalla "Yuventus" A Seriyasının turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.
Emin