13:00 25.03.2022 745

Uşaq futbolunda tibbi xidmətlə bağlı tələblər - ARAŞDIRMA

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Söz vaxtına çəkər. 2003-cü  ilin mart ayında Gürcüstanın paytaxtı Tiflisdə MDB ölkələrinin U-15  yaş qrupu klubları arasında keçirilən "Vesna" adlı turnirdə iştirak edirdik. O zaman "Xəzər Universiteti" adından çıxış edirdik, baş məşqçimiz Böyükağa Abbasov idi. Həmin yarışın qrup mərhələsini sonadək oynamaq mənə qismət olmadı... İlk oyunda diz qapağımdan xəsarət almışdım. O zaman zədəmin sağalması istiqamətində komanda rəhbərliyi tərəfindən heç bir addım atılmamışdı. 8 gün sonra Bakıya qayıdanda valideynlərim dizimin şişdiyini görüb həkimə müraciət etdilər. Nəticədə məlum oldu ki, diz qapağımın altına su yığılıb və əməliyyat olunmalıdır. Söz yox ki, bütün xərclər ailəmin üzərinə düşdü. Əməliyyatdan sonra ömürlük revmatizm qazandım və uzun müddət futbolsuz qalıb fikrimi daha çox təhsilə yönəltdim. 

Bu əhvalatın üzərindən 19 il ötüb və uşaq futboluna göstərilən diqqət və qayğı kifayət qədər artıb. Ölkəmizdə fəaliyyət göstərən futbol akademiyalarında yüzlərlə yeniyetmə və uşaq futbolçular var. Maraqlıdır onların aldığı xəsarət, zədə və ümumiyyətlə, sağlamlıqları ilə bağlı meydana çıxan problemlər öz həllini kim tərəfindən tapır? 

Fanat.Az olaraq bu məsələ ilə bağlı bəzi uşaq futbolu mütəxəssisləri ilə əlaqə saxladıq. 

"Turan Tovuz" futbol akademiyasının koordinatoru və tanınmış futbol mütəxəssisi Adil Şükürov bilrdirdi ki, bu məsələyə olduqca peşəkarcasına yanaşırlar:  "Bizdə ümumi olaraq belə bir qayda var ki, yaşından asılı olmayaraq akademiyamızda oynayan hər bir futbolçu ilə həvəskar müqavilə (söhbət aşağı yaş qrupundan gedir) bağlanır. Bu sözləşmədə də futbolçuların sağlamlıqları ilə bağlı bəndlər mövcuddur. Bunlar hamısı AFFA-nın tələbidir və akademiya tərəfindən buna peşəkar yanaşma var. Uşaqlar məşq və ya oyun zamanı zədələndikləri halda, onların sağalması üçün müayinə, müalicə və əməliyyat akademiyamız tərəfindən təşkil olunur. Zədə yox, oyunçular digər səbəblərdən xəstələndiyi təqdirdə belə, onların sağalmasını klub təmin edir". 

"Qəbələ" akademiyasının direktoru Nail Kərimovun açıqlaması da ürəkaçan oldu: "Başqa klublarda və ya akademiyalarda vəziyyətin necə olduğunu deyə bilmərəm. Bizdə buna xüsusi diqqət var. "Qəbələ" yarandığı gündən bu məsələyə ciddi yanaşır. Tam əminliklə deyə bilərəm ki, bu günə qədər heç bir futbolçumuz müayinə, müalicə və əməliyyatsız qalmayıb. Amma xəstəliklər və zədələr iki yerə bölünür: anadangəlmə və oyunlarda, habelə məşqlərdə qazanılanlar. Biz hətta futbola aidiyyatı olmayan səbəblər üzündən yaranan problemlərin aradan qalxmasını da təmin etmişik. Belə hallarda futbolçularımıza daim dəstək oluruq. Bundan sonrası isə valideynlərin üzərinə düşən məsuliyyətdir ki, gələcəkdə uşağın sağlamlığına daha ciddi yanaşsınlar. Bilirsiniz ki, son illər maddi vəziyyətimiz elə də yaxşı deyil amma yenə də buna baxmayaraq, sağlamlıqla bağlı məsələlərdə futbolçuların yanındayıq. 

Bir zamanlar Bakı Futbol Akademiyasının icraçı direktoru kimi çalışan, hazırda isə İsgəndər Cavadov adına akademiyanın rəhbəri Yaşar Seyidov isə məsələ ilə bağlı möqeyini bu şəkildə açıqladı: "Bakı akademiyasında işlədiyim vaxtlar uşaqların qan analizlərini Türkiyəyə göndərirdik. Analizin cavabları gənc futbolçuların akademiyadakı gələcəkləri üçün çox önəmli idi. İndi isə analiz nümunalərini xarici ölkəyə göndərməyə ehtiyac yoxdur. Ölkəmizdə bu prosesi tez bir zamanda həll etmək mümkündür. Futbolçuların istənilən sahədə müayinələri və müalicələri üçün Gömrükçü Xəstəxanasına illik 50-60 min manat civarında pul ödəyirdik. Akademiyanın bütün üzvləri istənilən zaman təmənnasız olaraq həmin xəstəxanadan istifadə edirdilər. Futbolçuların anadangəlmə xəstəlikləri də var idi. Məsələn, uşağın burnunda ət var idi. Bunun əməliyyatını belə üzərimizə götürürdük. Daha sonra xərclərin böyüdüyünü görüb özümüz müalicə bərpa mərkəzi açmışdıq ki, bütün uşaqların sağlamlığı yüksək səviyyədə təmin olunsun".

Emin Şəmsiyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2025
20:17

Karateçilərimizdən 1 qızıl, 2 gümüz, 3 bürünc medal

19:50

İtaliya millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

19:18

"Milan"ın əfsanəsi A Seriyasının debütantını çalışdıracaq

18:49

Ter Stegen Türkiyə yolunda - SON DURUM

18:03

Dünya Kuboku: Azərbaycan gimnastlarından uğurlu nəticə

17:20

"Nyukasl"ın vingeri İngiltərə nəhənginə keçməyə yaxındır

16:56

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

16:10

Bekhem "Ser" rütbəsinə layiq görüldü

15:48

"Milan"ın sabiq kapitanı İstanbul nəhənglərindən hansını seçəcək?

15:21

Xabi Alonso "Real Madrid"də debüt təəssüratlarını bölüşdü

14:55

Hidayət Heydərov ilk görüşdə məğlub oldu

14:19

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə iki gümüş medal qazandılar

13:52

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

13:20

"Fərdi mükafatlar məni qətiyyən maraqlandırmır" - Enrike "Qızıl top"dan danışdı

12:50

Avropa Gümüş Liqası: Millimiz növbəti matçına çıxır

12:18

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

11:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Dünya çempionatı: Hidayət Heydərov və daha 2 cüdoçumuz mübarizəyə başlayır

10:45

Günün oyunları bu kanallarda - AFİŞA

10:07

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

09:40

İlkay Gündoğan "Mançester Siti"ni bu kluba dəyişir - Danışıqlar başladı

09:00

Messinin komandası "Əl-Əhli" ilə bacarmadı

08:30

Azərbaycanda Milli Qurtuluş Günüdür

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

19:13

MY 71,4 milyon avro ödəməyə hazır olsa da...

18:52

Azərbaycan millisi "Devis Cup"da 3-cü qrupa yüksəldi

18:12

"Napoli"dən yeni transfer - RƏSMİ

17:40

Vüqar Kimuraya qalib gəldi

16:54

"Şamaxı"da daha bir müqavilə

16:08

"Zirə" Hacıağa Hacılı ilə müqavilə yenilədi

15:44

Çempion Kyezanı apara biləcəkmi? - SON DURUM

15:14

Klublararası dünya çempionatının oyunlarını bu kanallar yayımlayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X