Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, U-19 bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
90+3-cü dəqiqədə penaltidən fərqlənən rəqib komanda yekunda 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.