Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu il keçiriləcək Gümüş Avropa Liqasında iştirakdan imtina edib.
Fanat.Az xəbər verir ki, məlumatı Finlandiya Voleybol Assosiasiyasının rəsmi saytı yayıb.
Ancaq yığmanın hansı səbəbdən yarışa qatılmayacağı açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan millisi Finlandiya və Macarıstanla birlikdə A qrupunda mübarizə aparmalı idi. Yarışa 2022-ci il mayın 25-də start veriləcək. Qruplarında ilk pilləni tutan komandalar "Dördlər finalı"na vəsiqə qazanacaq.