"Barselona" "Lids"in yarımmüdafiəçisi Rafinya ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə italyan insayder Nikolo Skira məlumat yayıb.
Onun "Twitter" səhifəsində yazdığına görə, klub nümayəndələri artıq 25 yaşlı braziliyalı ilə danışıqlar aparıblar. Lakin Kataloniya təmsilçisi futbolçu üçün tələb olunan 70 milyon avronu ödəyə bilməyəcək. Onlar Rafinyanın transferi üçün 35 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Rafinya "Barselona"nın yetirməsidir. 2011-ci ildə əsas heyətə cəlb olunan futbolçu 2020-ci ilə kimi klubun üzvü olub.
Röya