Romelu Lukaku "Çelsi"dən ayrıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Xəbərə görə, belçikalı hücumçu bu yay London klubunu tərk edə bilər.
28 yaşlı futbolçu ayrılmaq istədiyini komanda yoldaşlarına da bildirib, hətta onlarla vidalaşıb.
Lukaku 2019-2021-ci illərdə şərəfini qoruduğu "İnter"ə qayıtmaq niyyətindədir. İtaliya təmsilçisi də 11 ildən sonra ilk dəfə çempionluq qazanmağa kömək edən oyunçunu geri qaytarmağa qarşı deyil.
Röya