"Yuventus" klubu "Roma"nın yarımmüdafiəçisi Nikolo Zanyolonu heyətinə qatmağa çalışır.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı vinger üçün turinlilərdən 70 milyon avro tələb edir.
Nikolo Zanyolo cari mövsümdə "Roma"nın heyətində meydana çıxdığı 33 oyunda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.