Almaniyanın "Bayern Münhen" klubu Mönhenqladbax "Borussiya"sından 13 yaşlı Mayk Uisdomu 300 min avroya transfer edib.
Fanat.Az xəbər verir ki, Uisdom Almaniya çempionunun U-15 komandasında çıxış edəcək. O, dünyada öz yaşıdları arasında ən böyük istedadlarından biri hesab olunur.
Anlaşmaya görə, "Bayern Münhen" istedadlı hücumçuya pulsuz təhsil verəcək. Sözügedən 300 min avronun böyük hissəsi onun valideynlərinə gedəcək, “Borussiya” isə 20 min avro təzminat alacaq. Onu “Borussiya Dortmund” və “Bayer Leverkuzen” də transfer etməyə çalışıb.
Mayk əslən Afrikadandır, ona görə də Almaniyadan başqa, Qana və Nigeriya millisində də oynaya bilər.