Azərbaycan millisinin üzvü Eddi İsrafilov Maltaya qarşı sabahkı yoldaşlıq görüşü barədə fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi oyunöncəsi mətbuat konfransında bunları söyləyib:
“Sabah Malta ilə vacib oyunumuz var. Hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq. Milliyə qayıtdığım üçün xoşbəxtəm. Keçmişdə olanları unutmaq lazımdır. Əsas odur ki, yenidən buradayam. Əlimdən gələni edəcəyəm ki, komandanın uğurlarına töhfə verim. Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir”.