"Mançester Yunayted" portuqaliyalı yarımmüdafiəçisi Brunu Fernandeşlə yeni müqavilə bağlamağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, "O Jogo" tərəflərin artıq bütün detalları razılaşdırdığı barədə informasiya yayıb.
Mənbə sözügedən futbolçunun yaxın günlərdə müddəti 2027-ci ilə qədər olan anlaşmaya qol çəkəcəyini və ildə 14-15 milyon avro əməkhaqqı alacağını açıqlayıb.
Fernandeş 2020-ci ildən Mançester təmsilçisindədir. O, Lİssabon "Sportinq"indən 63 milyon avroya transfer edilib.
Nihat