Ronaldinyo yaşıl meydanlarda üz-üzə gəldiyi ən güclü rəqib futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ulduz veteranın söylədiklərini ESPN belə çatdırıb:
"Mənə qarşı mübarizə aparanlar arasında ən mükəmməli Paolo Maldini olub. O, üz-üzə gəldiyim rəqiblərin hamısından üstün idi. Sonradan Maldini ilə eyni komandada oynadıq. Bu şərəfə layiq olduğum üçün özümü xoşbəxt sayıram. Hazırda dostuq, əla münasibətlərimiz var.
Mənimlə eyni komandada top qovmuş ən yaxşı oyunçu? Bu suala dəqiq cavab verməyə çətinlik çəkirəm. Çünki Ronaldo və Romario kimi futbolçularla oynamışam. Birinin adını çəkmək düzgün olmaz".
Nihat