Bu gün futbol üzrə Azərbaycan millisi yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, yığmamız Maltada bu ölkənin millisi ilə üz-üzə gəlib.
Start fiti 22:00-da səsləndirilən görüşü İspaniyadan olan hakimlər briqadası idarə edib.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Yoxlama oyunu
25 mart
Malta – Azərbaycan 1:0
Qol: Yurgen Deqabriele, 55
Hakimlər: Sezar Soto, Xose Naranyo, Anxel Nevado, Alexandro Ernandes (hamısı İspaniya).
Malta. Milli stadion.
Malta: 1. Henri Bonelyo, 3. Rayan Kamenzuli, 4. Stiv Borq, 5. Andrey Aqius (k), 6. Mettyu Gilyaumyer, 7. Jozef Essyen Mbonq, 8. Brendon Dieqo Payber, 14. Aleksander Satariano, 17. Teddi Teuma, 18. Yurgen Deqabriele, 23. Yan Borq.
Ehtiyat oyunçular: 12. Mettyu Kallexa Kremona, 16. Kain Formosa, 2. Ferdinando Apap, 9. Luk Montebello, 10. Stephen Pisani, 11. Pol Mbonq, 13. Enriko Pepe, 15. Ceyms Braun, 19. Adam Maqri Overend, 20. Yan Busuttil, 21. Danstan Vella, 22. Zaç Muskat.
Baş məşqçi: Devis Manqia.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 18. Filip Ozobiç, 22. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Nicat Mehbalıyev, 4. Bəhlul Mustafazadə, 7. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov, 10. Dmitri Nazarov, 15. Bədavi Hüseynov, 16. Coşqun Diniyev, 17. Toral Bayramov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Amin Seydiyev.
Baş məşqçi: Canni De Byazi.