17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltada yoldaşlıq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz sözügedən ölkənin U-17 yığması ilə üz-üzə gəlib.
Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. Millimizin qollarına Əşrəf Ələkbərli və Dinamin Bağırov imza atıb.
Tərəflər martın 28-də daha bir sınaq görüşü keçirəcək.