Şimali Makedoniya millisinin Palermoda Avropa çempionu İtaliya üzərində qələbəsi (1:0) son onilliyin sensasiyasiyasıdır.
Fanat.Az xəbər verir ki, makedoniyalıların kapitanı Arijan Ademi isə mətbuata açıqlamasında qazandıqları uğuru sensasiya hesab etmədiyini bildirib:
"Bilirəm İtaliya üzərində qələbəmiz futbol dünyasında güclü rezonans doğurdu. Hamı böyük sensasiyadan, sürprizdən yazır, danışır. Halbuki, müasir futbolda bu, tamamilə normaldır. Bundaan başqa, insanlar Almaniyanı da səfərdə məğlub etdiyimizi unudublar? Deməli, bu, böyük milli komanda üzərində ilk qələbəmiz deyil. Biz yaxşı, keyfiyyətli komandayıq. Meydanda əlimizdən gələn hər şeyi verdik, taktikaya uyğun mübarizə apardıq və istədiyimiz nəticəni əldə etdik.
Bilirəm ki, bütün azarkeşlərimiz ekstaz, eyforiya içindədir. Amma biz sakitləşməliyik. Məqsədimiz İtaliya üzərində qələbə ilə məhdudlaşmır. Bu, dünya çempionatına vəsiqə qazanmaq üçün əsas məqsədə doğru bir addımdır. İndi bizi Qətərə gedən yolda son maneə olan Portuqaliya gözləyir. İtaliyanı məğlub etməklə əla iş gördük, lakin bu, işin yalnız yarısıdır. İndi bizi son, ən vacibi gözləyir".
Mirağa