"Qarabağ"ın legioneri Leandro Andrade Kabo-Verde millisində debüt etməsi haqda fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, o, "Instagram"da bu barədə paylaşım edib: "Xalqımı təmsil etməkdən qürur duyuram. Daha bir arzum gerçəkləşdi".
Qeyd edək ki, yarımmüdafiəçi Lixtenşteynə qarşı yoxlama oyununun (6:0) 56-cı dəqiqəsində meydana daxil olub. Leandro milliyə məhz "Qarabağ"a keçəndən sonra dəvət alıb.