Region Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Kamran Əlibabayevin çalışdırdığı “Qusar” “Ağstafa” ilə qarşılaşmada cütün taleyini demək olar ki, həll edib. Şimallılar qonaqların qapısından 8 cavabsız top keçiriblər.
“Astara” – “Füzuli” cütündə isə nominal qonaqlar qalib gəlib. Qeyd edək ki, qarşılaşma “Astara”nın ev oyunlarını keçirdiyi Rüdəkənarda yox, Binə stadionunda baş tutub.
Qrup mərhələsini 3-cü pillədə başa vuran “Ümid” “Energetik”lə qolsuz heç-heçəyə razılaşıb.
“Xan Lənkəran” isə doğma azarkeşlərini böyük hesablı qələbə ilə sevindirib. İbrahim Uzuncanın çalışdırdığı komanda “Şirvanovka”nı üstələyib.
Bundan başqa, “Ağsu Siti” evdə “Karvan”ı, “Cəbrayıl” isə səfərdə “İmişli”ni məğlub edib.
Region liqası, pley-off mərhələsi
İlk oyunlar
Ağsu Sirti – Karvan (Yevlax) 2:0
İmişli – Cəbrayıl 1:5
Qusar – Ağstafa 8:0
Astara – Füzuli 1:2
Energetik (Mingəçevir) – Ümid (Cəlilabad) 0:0
Xan Lənkəran – Şirvanovka (Qusar) 3:0
Mirağa