Rusiya ordusunun əsgərləri WBA, WBO, IBF, IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu ukraynalı boksçu Aleksandr Usikin evində məskunlaşıblar.
Fanat.Az xəbər verir ki, bu barədə Usikin həyat yoldaşı Yekaterina "Instagram" səhifəsində paylaşım edib.
Yekaterina qonşusu ilə yazışmanı izləyicilərinə göstərib:
- Sizin ev rus əsgərləri tərəfindən zəbt edilib. Həyətinizdə tank və BTR-lər var
- Əclaflar. Qoy yaşasınlar. Onsuz da bir azdan onları məhv edəcəyik.
Emin