Tanınmış Hollivud ulduzu Corc Kluni İngiltərənin "Derbi Kaunti" klubunu almaq istəyir.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 60 yaşlı aktyor ingilislərə və xüsusilə də, əfsanəvi Ueyn Runiyə (klubun baş məşqçisi) kömək etmək istədiyini bildirib:
"Derbi Kaunti" fantastik tarixə malik böyük futbol klubudur və əminəm ki, onların gözəl gələcəyi var. Bilirəm ki, son vaxtlar komandada problemlər var, amma biz onları mütləq həll edəcəyik”.
Xatırladaq ki, "Derbi" İngiltərənin səviyyəcə 2-cisi olan Çempionşipdə mübarizə aparır.
Emin