Futbol üzrə Kanada milli komandası tarixində ikinci dəfə dünya çempionatına vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, kanadalılar Yamaykanı darmadağın edərək (4:0) mundiala vəsiqəni təmin ediblər.
Şimali amerikalılar 13 seçmə matçda 28 xal toplayıblar ki, bu da ABŞ və Meksikadan 3, Kosta-Rikadan 6 xal çoxdur. Beləliklə, komanda dördüncü yerdə olan Kosta Rika üçün əlçatmaz olub.
Millinin qələbəsinə ən çox sevinənlərdən biri Kanadanın ulduz futbolçusu - "Bayern Münhen"in sol cinah oyunçusu Alfonso Deyvis olub. Keçən ildən bəri səhhəti ilə bağlı sıxıntı yaşayan, koronovirus nəticəsində ürək əzələsinin iltihabı, aritmiya və sinə ağrısı problemləri olan Deyvis Yamayka ilə oyun da daxil olmaqla, Dünya Çempionatının seçmə mərhələsində son beş görüşdə iştirak etməyib.
Bununla belə, o, Torontodakı matçı "Twitch"də canlı izləyib və yayımın gedişində reaksiyaları ilə diqqət mərkəzinə düşüb.
Canada qualifying for the World Cup has hit Alphonso Davies right in the feels 😭🇨🇦
— SI Soccer (@si_soccer) March 27, 2022
(via @onesoccer) pic.twitter.com/IeRfuWKVlm
Mirağa