"Biz "Qarabağ"dan yeddi xal geridəyik. Burada olduğum dörd il ərzində belə vəziyyətlə üzləşməmişəm. Sabah bizə yalnız qələbə lazımdı. Bütün oyunçular bunu anlayır. Mən komandaya inanıram. Üç il çempionluqdan sonra titulsuz qalmaq istəmirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib.
Braziliyalı futbolçu "Sumqayıt"da məğlubiyyətdən danışıb: "Burda məşqçini çox günahlandırmazdım. “Sumqayıt”la matçda gənclərə şans verilməsə, sonra verilməyəcəkdi. Cavanlıqda mənim də səhvlərim olub. 4-cü yerdə olmağımız gənclərin yox, ümumi komandanın günahıdı. Əlimizdə olan xalları qaçırdıq. Biz bu yerə alışmamışıq. Həmişə yuxarı pillələrdə olmuşuq. Əminəm ki, biz yenidən güc toplayıb, yuxarı pillələrə qalxacağıq”.
Fanat.az