Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yenidən maltalı yaşıdları ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, oyun 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
U-17-nin heyətində 24-cü və 45+1-ci dəqiqələrdə uyğun olaraq, Əşrəf Ələkbərli və Nihad Əhmədzadə fərqlənib.
Qeyd edək ki, tərəflər arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.