Niderland millisinin sabiq hücumçusu Rud van Nistelroy gələcək məşqçi karyerası ilə bağlı qərar verməyə tələsmir.
Fanat.Az "Voetbal International"a istinadən xəbər verir ki, PSV-nin baş məşqçisi olmaq təklifi alan mütəxəssis rəhbərliyə konkret cavab verməyib.
Hazırda sözügedən Amsterdam təmsilçisinin gənclərdən ibarət komandasını çalışdıran van Nistelroy 2016-cı ildən bu klubdadır. PSV-nin müxtəlif yaş qrupları üzrə komandalarına rəhbərlik etmiş veteran forvard Niderland millisində köməkçi-məşqçi qismində çalışmağa da imkan tapıb.
Qeyd edək ki, PSV-nin indiki baş məşqçisi Rocer Şmidt mövsümün sonunda postundan ayrılacaq.
Nihat