Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da çıxış edəcəyi İddiaçılar Turnirinə daha iki vəsiqənin sahibi məlum olub.
Fanat.Az xəbər verir ki, FIDE Qran-Pri seriyasında topladığı xallara əsasən, macarıstanlı Rixard Rapport və ABŞ təmsilçisi Hikaru Nakamura bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək turnirə vəsiqə qazanıblar.
Qran-Prinin Almaniyanın paytaxtı Berlində davam edən sonuncu - üçüncü mərhələsində yarımfinala adlayan Nakamura xallarının sayını 20-yə çatdırıb və eyni göstəriciyə sahib Rapportla birlikdə ümumi sıralamada əlçatmaz olub.
Xatırladaq ki, 24 şahmatçının qatıldığı Qran-Pri seriyasında Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. 37 yaşlı qrossmeyster Belqradda baş tutan ikinci mərhələdə qrup mərhələsini keçə bilməyib. O, bu gün yarımfinala vəsiqə uğrunda Vinsent Keymerlə (Almaniya) tay-breyk görüşü keçirəcək.