UEFA və FİFA tərəfindən həm klub, həm də milli səviyyəsində turnirlərdən kənarlaşdırılan ruslar beynəlxalq arenada qalmaq üçün plan hazırlayıblar.
Fanat.Az xəbər verir ki, bu haqda "Daily Mail" Rusiyadakı mənbələrinə istinadən məlumat yayıb.
İddiaya görə, Rusiya Futbol Federasiyası UEFA-dan ayrılaraq Asiya Futbol Federasiyasına daxil olmağı düşünür. Şimallılar bu manevr sayəsində klub və milli üçün yeni imkanlar əldə etməyi düşünürlər. Lakin bunun baş verməsi üçün AFF-nin təklifi ratifikasiya etməsinə ehtiyac duyulacaq. Çətin ki, FİFA Asiya futbol qurumuna ruslara "qucaq açmağa" imkan versin.
Hərçənd, tarix boyu İsrail, Qazaxıstan və Avstraliya kimi ölkələrin konfederasiyaları dəyişdirdiyinə dair bir neçə nümunə var.
Mirağa