Son günlər Britaniya mətbuatı "Arsenal"ın baş məşqçisi Mikel Artetanın braziliyalı mütəxəssis Tite tərəfindən əvəzlənəcəyini yazır.
Fanat.Az xəbər verir ki, ingilislər London klubunun hazırda Braziliya millisinə rəhbərlik edən mütəxəssislə danışıqlara başladığını iddia edib.
Tite isə haqqındakı xəbəri yalanlayıb. Braziliya millisi ilə dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində məğlubiyyətsiz irəliləyən Tite londonlulardan üzr istəməyi də özünə borc bilib: "Arsenal və onun baş məşqçisi Artetadan üzr istəyirəm, amma bu işlə maraqlandığım barədə məlumat mən tərəfdən gəlmədi. Bunda heç bir həqiqət payı yoxdur. Saxta xəbərlər dövründə yaşayırıq və yalanlara görə çox üzülürəm. Ümid edirəm ki, bu, düzələcək. Xalqımın narahat olmasına lüzum yoxdur. Braziliya millisinə böyük hörmətim var. Narahat olmayın, Tite mənəvi dəyərlərə sahibdir və heç vaxt Braziliyaya xəyanət etməz”.
Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2016-cı ildən Braziliya millisini çalışdırır.
Mirağa