“Qəbələ” klubu zədəli futbolçularının durumu ilə bağlı məlumat yayıb.
Fanat.Az bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın üç üzvü hazırlıqlardan kənar qalıb.
Omar Hani fərdi məşqlərlə kifayətlənir. Onun iki gündən sonra komanda hazırlıqlarına qoşulacağı gözlənilir.
Yaovi Akakpo və Gülağa Əsədov isə proqram üzrə bərpa məşqlərini davam etdirir.