Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə start verilib.
Fanat.Az xəbər verir ki, XIV tura təsadüf edən hər iki matç “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutub.
Günün ilk görüşündə "Murov" MOİK-ə 3:0 (18:25, 23:25, 8:25) hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə "Sərhədçi" "Ekspress"i 3:1 (25:22, 27:25, 13:25, 25:23) hesabı ilə üstələyib. Bu, "Sərhədçi"nin cari mövsümdə ilk qələbəsi olub.
Beləliklə, xalını 29-a çatdıran "Murov" yenidən turnir cədvəlində liderliyə yüksəlib. Bir xal geri qalan "Neftçi" 2-ci, 18 xalı olan MOİK 3-cü pillədə qərarlaşıb. "Ekspress" 6 xalla 4-cü, "Sərhədçi" isə 3 xalla sonuncu - 5-cidir.