2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələsində baş tutan Nigeriya - Qana oyunundan sonra iğtişaş baş verib.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin mundiala gedə bilməməsi yerli tərəfdarları özündən çıxarıb.
2006-cı ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsindən kənarda qalan fanatlar meydana girərək hər şeyi məhv etməyə başlayıb. Polis azarkeşləri sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə etməli olub.
Qeyd edək ki, Qana Abucada Nigeriya ilə 1:1 hesablı heç-heçə sayəsində dünya çempionatına vəsiqə əldə edib. Baxmayaraq ki, ilk oyun da "sülh"lə (0:0) başa çatıb. Ancaq FİFA hələ də səfər qolu qaydasını ləğv etmədiyi üçün Qana buna əsasən məqsədinə nail olub.
Mirağa