Sabah öz meydanında "İnter"i qəbul edəcək “Xəzər Lənkəran” matçın hazırlıqlarını tamamlayıb. Fanat.az xəbər verir ki, komanda Lənkərandakı bazasının ehtiyat meydançasında matçöncəsi son məşqə ciddi itkilərlə çıxıb.
Belə ki, Rahid Əmirquliyevlə Rasim Ramaldanovla yanaşı, əsas heyətin digər daim üzvləri olan Mbilla Etame və Manuel Skarlatake də komanda ilə birgə məşqə qatıla bilməyib. Bir saat 20 dəqiqə davam edən hazırlıq saat 11-də başlayıb və futbolçular taktiki planda müxtəlif çalışmalar yerinə yetiriblər.
Fanat.az