2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını bir çox milli komandalar görməyəcək. Heç şübhsiz, bu mənada son Avropa çempionu İtaliyanın adı qeyd olunmalıdır. Sözsüz ki, "Skuadra azzurra" meqa-ulduzlarla doludur. Ancaq Qətərə getməyəcək ölümcül ulduzların sırası onlarla məhdudlaşmır.
Mundialsız qalan məşhur futbolçulardan nəinki "11-lik", hətta geniş ehtiyat skamya da düzltmək olar. Məhəməd Salah və Erlinq Haland kimi transfer qiyməti 100-150 milyon avroyla ölçülən ulduzlar "11-liy"inin ümumi dəyəri 800 milyondan artıqdır.
Fanat.Az "Transfermarkt"ın məlumatına əsasən, dünya çempionatına getməyən bahalı komandanın dəyərini təqdim edir:
Erlinq Haland - Norveç, "Borussiya Dortmund" - 150 milyon avro
Məhəmməd Salah - Misir, "Liverpul" - 100 milyon avro
Federiko Kyeza - İtaliya, "Yuventus" - 70 milyon avro
Nikolo Barella - İtaliya, "İnter" - 70 milyon avro
Canluici Donnarumma - İtaliya, PSJ - 65 milyon avro
Milan Skrinyar - Slovakiya, "İnter" - 65 milyon avro
Alessandro Bastoni - İtaliya, "İnter" - 60 milyon avro
Viktor Osimhen - Nigeriya, "Napoli" - 60 milyon avro
Vilfrid Ndidi - Nigeriya, "Lester" - 60 milyon avro
David Alaba - Avstriya, "Real Madrid" - 55 milyon avro
Luis Diaz - Kolumbiya, "Liverpul" - 45 milyon avro
Ehtiyat oyunçular: Yan Oblak (60 milyon avro), Marko Verratti (55), Çağlar Söyüncü (45), Frank Kessi (45), Lorenzo Pelleqrini (45), Tomas Souçek (45), Jorginyo (45).