Azərbaycanın FIFA dərəcəli hakimi Əliyar Ağayev zədədən əziyyət çəkir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 34 yaşlı referinin diz əzələsində ağrılar var.
Bu üzdən o, iki gün əvvəl 21 yaşlılar arasında "Bakcell Arena"da keçirilən Azərbaycan - Belarus matçında sarğıdan isifadə etməli olub.
Əldə etdiyimiz bilgiyə görə, həkimlər Əliyara əməliyyat olunmağı məsləhət görüb. O isə bunun üçün yayı gözləməyə qərarlıdır. Əməliyyat olunacağı halda, istedadlı referi 2-3 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.
Qeyd edək ki, Əliyar Ağayev 2013-cü ildən FIFA referisidir.
Mirağa