Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 92 kq-da mübarizə aparan idmançı ispaniyalı Damian İqlesias Vilela ilə qarşılaşıb.
Rəqibini cəmi 1 dəqiqə 30 saniyəyə tam üstünlüklə (11:0) məğlub edən Nurməhəmmədov Avropa üçüncüsü olub.
Beləliklə, Azərbaycan sərbəst güləş millisi qitə çempionatını 7 medalla tamamlayıb.
Qeyd edək ki, daha əvvəl Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) isə bürünc medal qazanıb
*** 21:48
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində çıxış edən Abubakr Abakarov finalda san marinolu Mayls Nazem Aminlə qarşılaşıb. Rəqibinə 5:9 hesabı ilə uduzan legioner güləşçi yarışı ikinci yerdə başa vurub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) bürünc medal qazanıb.
*** 20:45
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançı 3-cü yer uğrunda qarşılaşmada Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Bayramov Avropa üçüncülüyünü qazanıb. Bu, Azərbaycan yığmasının yarışdakı ilk bürünc medalı olub.
Bu gün, həmçinin sərbəst güləşçilərdən 86 kq-da yarışan Abubakr Abakarov qızıl və 92 kq-da Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Mayls Nazem Amin (San Marino), Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.