“Mançester Yunayted”in və İngiltərə millisinin hücumçusu Markus Reşfordun ünvanına irqi-təhqir səsləndirən şəxs həbs edilib.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, 19 yaşlı Castin Li Prays adlı azarkeş altı həftə həbsdə qalacaq.
Xatırladaq ki, 2021-ci ilin yayında İngiltərə polisi 3 yığma üzvünə - Bukayo Saki, Ceydon Sanço və Markus Reşfordun ünvanına sosial şəbəkələrdə irqi motivli təhqirlər yazan 11 nəfəri saxlayıb. Gənc futbolçular İtaliya ilə final matçında penaltilər seriyasında zərbələri qola çevirə bilmədiklərinə hədəf seçiliblər.
AÇ-2020-də İngiltərə yığması final görüşündə İtaliyaya penaltilər seriyasında uduzub (1:1, 2:3 pen.).
Mirağa