Argentina millisinin sabiq hücumçusu Serxio Aquero karyerasını bərpa etmək istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "TyC Sports" ulduz forvardın söylədiklərini belə çatdırıb:
"Həkimlər mənə 5-6 ay məşq etməməli olduğumu deyiblər. Amma bu yaxınlarda ağlıma yenidən yaşıl meydanlara dönmək fikri gəlib. Hiss edirəm ki, bunu çox istəyirəm. Yenidən məşqlərə başlayacağım anı səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, son klubu "Barselona" olan Aquero İspaniya çempionatının 12-ci turu çərçivəsində baş tutan oyunun - "Alaves"lə matçın (1:1) birinci hissəsindən sonra ürəyində yaranan problem üzündən əvəzlənmişdi. Sonradan taxikardiya diaqnozu qoyulan futbolçu ötən ilin 15 dekabr tarixində mətbuat konfransı keçirərək karyerasını bitirməli olduğunu açıqlamışdı.
Nihat