AFFA rəhbərliyi FIFA-nın bu gün keçiriləcək 72-ci Konqresində iştirak edəcək.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Qətərdə keçiriləcək toplantıda AFFA dörd nəfərlə təmsil olunacaq.
Konqresə assosiasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, icraçı vitse-prezident Elxan Məmmədov və baş katib Sərxan Hacıyev qatılacaq.