FİFA-nın milli komandaların rəsmi və qeyri-rəsmi oyunlarına görə ayırdığı "pəncərə" klubların işinə təsirsiz ötüşmür. Düzdür, bundan yaxşı mənada yararlananlar, boşluqları yoluna qoymağa çalışanlar da olur. Bəs fasilə bizim klubların işinə necə təsir göstərib?
"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Fanat.Az-a verdiyi açıqlamada fasilə dövrünü belə dəyərləndirib:
"Bu 10-12 gün ərzində çalışdıq ki, çatışmayan cəhətlərin üstündə işləyək. Bunun üçün zamanımız da var idi. Bizdən yalnız Pərviz Azadov və qapıçımız Əkbər Vəliyev, bir də Stanislav Namaşko milliyə getmişdi. Onları çıxsaq, bütün komanda şəklində məşqlərimizə davam edə bildik. Çatışmayan cəhətlər üzərində çalışdıq, futbolçularımız həqiqətən çox istəkli idi. Bu dövrdə çalışdıq ki, nələrisə qazanaq. Mənə elə gəlir ki, futbolçular can-başla işlədilər, verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Martın 27-də ikitərəfli oyun da keçirdik. Çatışmayan cəhətlərimizi bir daha gördük və çalışacağıq ki, bu problemləri qısa müddət ərzində yoluna qoyaq.
Etdiklərimizin xeyrimizə, yaxud ziyanımıza olduğunu qarşıdakı "Qəbələ" ilə matç göstərəcək".
Mirağa