Rus dili FIFA-nın altı rəsmi dilindən biri olub.
Fanat.Az xəbər verir ki, qərar ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində qəbul edilib.
Federasiyalardan 187-si bunun lehinə, 4-ü isə əleyhinə səs verib.
Rus dili ilə yanaşı, portuqal və ərəb dilləri də rəsmi dil statusu qazanıb.
Daha əvvəl ingilis, ispan və fransız dilləri ali futbol qurumunun rəsmi dilləri elan edilib.
Nihat