Canni İnfantino növbəti dəfə FIFA prezidentliyinə namizədliyini irəli sürəcək.
Fanat.Az xəbər verir ki, 52 yaşlı funksioner bu barədə ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində danışıb.
"Yeni prezident 2023-cü ildə, qurumun 73-cü Konqresində seçiləcək. Mən də FİFA prezidentliyinə növbəti dəfə namizədliyimi irəli sürəcəm. Konqres gələn ilin əvvəlində baş tutacaq. Tarix hələ təsdiqlənməyib, amma tezliklə elan olunacaq".
2016-cı ildən FIFA-ya rəhbərlik edən Canni İnfantino 2019-cu ildə ikinci dəfə prezident seçilib.
Nihat