Azərbaycan milli komandasının heyətində Maltada zədələnən “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra futbolçuda 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb.
Müayinəyə əsasən, Bədavi Hüseynov 10-14 gün məşqlərdən kənarda qalacaq.