"Mançester Yunayted"in hücumçusu Edinson Kavani karyerasını Argentina çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbə uruqvaylı forvardın "Boka Xuniors"la danışıq apardığını və bu kluba keçəcəyini vurğulayıb. Cari mövsümün sonunda "qırmızı şeytanlar"la olan müqaviləsinin müddəti başa çatacaq Edinsonun İspaniya təmsilçilərindən aldığı təklifləri geri çevirəcəyi bildirilib. 35 yaşlı futbolçunun karyerasının qürub çağını ölkəsi Uruqvayla həmsərhəd olan Argentinada keçirmək qərarına gəldiyi qabardılıb.
Kavani "Mançester Yunayted"ə 2020-ci ildə, azad agent statusu ilə qoşulub. Bu mövsüm İngiltərə premyer Liqasında 12 oyuna çıxan cənubi amerikalı 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat