Batumi "Dinamo"sunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az "AreaNapoli" istinadən xəbər verir ki, bugünlərdə Kazan "Rubin"ini Gürcüstan təmsilçisinə dəyişən istedadlı gənclə London "Arsenal"ı maraqlanır.
21 yaşlı gürcünü heyətinə qatmağa əsas namizəd İtaliyanın "Napoli" klubu olsa da, "topçular"ın Xviça uğrunda mübarizədən geri çəkilməyəcəyi bildirilib. "Arsenal"ın Gürcüstan millisinin üzvünə görə 15 milyon avro xərcləməyə hazır olduğu vurğulanıb.
Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.
Nihat