"Brügge"nin hücumçusu Şarl De Ketelare karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Mənbə 21 yaşlı hücumçunun xidmətində 5 İngiltərə Premyer Liqası təmsilçisinin maraqlı olduğunu vurğulayıb. Bunlar "Lester Siti", "Vulverhempton", "Nyukasl Yunayted", "Lids Yunayted" və "Brayton end Houv Albion"dur. "Lester"in sözügedən forvard uğrunda rəqabətdə bir addım öndə olduğu vurğulanıb.
De Ketelarenin "Brügge" ilə olan müqaviləsinin müddəti 2024-cü ilin 30 iyun tarixinə qədərdir.
Nihat